Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:37

«Amnesty International» Eynulla Fətullayev barədə bəyanat verib


«Amnesty International» təşkilatı Azərbaycan hökumətini məhbus jurnalist Eynulla Fətullayevi dərhal azadlığa buraxmağa çağırıb. Təşkilat bildirir ki, ötən həftə Ali Məhkəmənin Plenumu jurnalistə qarşı saxta ittihamları ləğv etsə də, o, bu dəfə yeni qurama ittihamla həbsə qalmaqda davam edir.

«Amnesty International» Eynulla Fətullayevi vicdan məhbusu hesab edir.

Noyabrın 11-də Ali Məhkəmənin Plenumunda terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarılıb. Plenum vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay 15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Plenuma rəhbərlik edən Ali Məhkəminin sədri Ramiz Rzayev qərarı elan edərkən deyib ki, E.Fətullayevin 2007-ci ilin aprelindən cəza çəkdiyi nəzərə alınaraq onun barəsində çıxarılan 2 il 3 ay 15 gün cəzası çəkilmiş hesab edilir və o azad edilir.

Amma bu qərarın narkotik ittihamı ilə bağlı məsələyə aidiyyatı olmadığını deyib.

Bundan əvvəl Avropa Məhkəməsi jurnalistin barəsində çıxarılmış hökmləri əsassız sayıb və onun dərhal azadlığa buraxılmasını tələb edib.

«Amnesty International» təşkilatı bildirir ki, Avropa Məhkəməsinin qərarından sonra Eynulla Fətullayevin həbsdə saxlamaqla Azərbaycan Məhkəmənin hökmündən yayınmağa cəhd edib. Təşkilatın bəyanatında deyilir ki, ölkə rəhbərliyinin manevrləri göstərir ki, hökumət tanınmış tənqidçisi olan Eynulla Fətullayevi barmaqlıqlar arxasında saxlamaq üçün necə ümidsizdir.

Ötən ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik maddə tapılıb. Buna görə, o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. Eynulla Fətullayev bildirir ki, həbsdən azad edilməsinə imkan verməmək üçün narkotik maddə onun üzərinə qəsdən qoyulub
XS
SM
MD
LG