Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:50

İsrail Vaşinqtonun təklifinə baxır


İsrail hökuməti İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisinin 3 ay dondurulması ilə bağlı Birləşmiş Ştatların təklifinə baxır.

Fələstin tərəfi tikinti işlərinin dayandırılmasının sülh danışıqlarının bərpasında əsas şərt olduğunu deyir.

Amma təklifdə bu moratoriumun fələstinlilərin gələcək paytaxt hesab elədikləri Şərqi Qüdsə şamil edilməsi nəzərdə tutulmur.

Fələstin prezidenti Mahmud Abbas dəfələrlə bəyan edib ki, bütün Fələstin torpaqlarında tikinti işləri dayandırılmalıdır.

Bu məsələ İsrail-Fələstin danışıqlarını yenidən düyünə salıb.
XS
SM
MD
LG