Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:11

Kərzai hərbi əməliyyatların azaldılmasını istəyir


Əfqanıstan prezidenti Həmid Kərzai ABŞ hərbçilərinin ölkədə hərbi əməliyyatları azaltmasını istəyir- xüsusən də gecə vaxtlarında.

Həmid Kərzainin sözlərinə görə hazırkı strategiya əfqan xalqı arasında daha çox narazılıq doğurur və onları talibançılarla əməkdaşlığa vadar edir.

Həmid Kərzai bunu Washington Post qəzetinə müsahibə verərkən deyib.

Qəzet Əfqanıstandakı vəziyyətlə bağlı beynəlxalq qüvvələrin baş komandanı amerikalı general Devid Petreusla Həmid Kərzai arasında fikir ayrılığı olduğunu qeyd edir.

Qəzet son 3 ayda Əfqanıstanda keçirilmiş gecə reydlərində ümumilikdə 370-ə yaxın döyüş komandirinin öldürüldüyünü və ya ələ keçirildiyini yazır.
XS
SM
MD
LG