Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:38

Sarkozi baş naziri yenidən baş nazir təyin edib


Fransa prezidenti Nikole Sarkozi yenidən Fransua Fiyonu baş nazir vəzifəsinə təyin edib.

Bu barədə Yelisey sarayı xəbər verir.

Fiyon bir gün bundan əvvəl səlahiyyətlərini yerə qoyub və prezident kabinetin istefasını qəbul edib.

Yeni hökumətin tərkibi bu gün axşam və ya sabah bəlli olacaq.

Şərhçilər hesab edir ki, Sarkozi bununla bu yaxınlarda pensiya haqqında yeni qanun da daxil olmaqla atdığı addımlara görə azalmaqda olan nüfuzunu yaxşılaşdırmağa çalışır.

Bəzi müşahidəçilər isə baş verənləri Sarkozinin ikinci dəfə prezident seçilmək istəməsinə cəhd kimi qiymətləndirirlər.
XS
SM
MD
LG