Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Yazar xanımlar satıcı "rolunda"


Günel Mövlud

Gənc yazarlar Günel Mövlud, Nərmin Kamal və Sahilə İbrahimova noyabrın 15, 16 və 17-də “Əli və Nino” kitab dükanında satıcı-məsləhətçi işləyəcəklər.

Hər yazar bir günlük kitab satıcısı olacaq.

Bu barədə Lent.az məlumat verir.


Nərmin Kamal
Məlumata görə, bunu keçirməkdə məqsəd oxucularla birbaşa ünsiyyətdə olmaqdır.

Bundan başqa "satıcı" yazarlar oxuculara xarici və yerli müəlliflərin kitablarını seçməkdə yardım göstərəcək.

Bu aksiyada məqsəd həm də ondan ibartədir ki, yazıçı ilə oxucu arasında mövcud olan virtual əlaqə real müstəviyə keçirilsin.


Sahilə İbrahimova
Qeyd edək ki, noyabrın 15-də Günel Mövlud, 16-da Nərmin Kamal, 17-də isə Sahilə İbrahimova saat 13.00-dan etibarən Nizami, 91 ünvanında yerləşən (Gənc Tamaşaçılar teatrı ilə üzbəüz) “Əli və Nino” kitab dükanda “satıcı” rolunda olacaqlar.

Sözügedən yazarların axır aylarda kitabları çap edilib.

"Qanun" nəşriyyatında Günel Mövludun "5 XL" şeirlər kitabı, Nərmin Kamalın "Aç, mənəm" romanı, Sahilə İbrahimovanın isə "Varlı kişinin portmanatı" hekayə toplusu nəşr edilib.

Həmçinin oxu
Günel Mövlud. Şahvələd üçün (Şeir)
Nərmin Kamal. "Aç, mənəm" romanından pir parça
Sahilə İbrahimova. "Qorxu" (Hekayə)

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG