Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

«Guya Avropa Məhkəməsinin qərarını yerinə yetirirlər»


Eynulla Fətullayev və İsaxan Aşurov
Eynulla Fətullayev və İsaxan Aşurov
«Human Rights Watch» təşkilatı Azərbaycan hökumətini Eynulla Fətullayevə qarşı bütün ittihamları geri götürməyə və onu dərhal azadlığa buraxmağa çağırır.

Təşkilatın noyabrın 13-də yaydığı bəyanatda belə bir çağırış əks edilib.

«Human Rights Watch» təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Qiorqi Qoqia bildirib ki, Eynulla Fətullayevi dərhal azad etmək və yanlış ədalət mühakiməsinə son qoymaq hökumətin birbaşa borcudur:

«Hakimiyyət nümayəndələri onu həbsdə saxlamaq üçün yeni saxta üsullara əl atır və açıq şəkildə beynəlxalq öhdəlikləri pozurlar. Hakimiyyət elə manevrlər edir ki, guya Avropa Məhkəməsinin qərarını yerinə yetirir. Amma bununla heç kəsi aldada bilməzlər. Aydın məsələdir ki, onlar yanlış ittihamla 3 ildən artıq həbsdə yatan jurnalisti susdurmağa davam edirlər».

Ali Məhkəmənin noyabrın 11-də keçirilən plenumunda məhbus jurnalist Eynulla Fətullayevin işinə baxılıb.

Plenum Eynulla Fətullayevə onun həbsinə səbəb olmuş ittihamlardan bəzisi üzrə bəraət verib - 147.1 və 147.2 (böhtan və təhqir); 214.1 və 283.2.2 (terrorçuluq və irqçilik).

2007-ci ildə Eynulla Cinayət Məcəlləsinin 213.3.3-cü maddəsi ilə vergidən yayınmaqda da təqsirli bilinmişdi. O vaxt məhkəmə bu maddə üzrə Eynullaya 2 ay həbs vermişdi. Ali Məhkəmənin Plenumu həmin maddə üzrə Eynullanın həbs müddətinin 2 aydan 2 il 3 aya qaldırılması barədə qərar çıxarıb.

Plenuma rəhbərlik edən Ali Məhkəmənin sədri Ramiz Rzayev qərarı elan edərkən deyib ki, bunun narkotik işinə aidiyyəti yoxdur. O bildirib ki, Plenumun iclasında Avropa Məhkəməsinin qərarına baxılır, narkotik maddə ittihamına yox.

Eynulla Fətullayev 2007-ci ildə böhtan və təhqirdə günahlandırılaraq 2 il 6 ay həbs edilmişdi. Bundan bir neçə ay sonra isə terrorla hədələmə, milli ədavətin qızışdırılması və vergidən yayınmaqda ittiham olunan jurnalistin həbs cəzası 8 il yarıma qaldırılmışdı.

Bu il aprelin 22-də Avropa Məhkəməsi Eynulla Fətullayevin 2007-ci ilə aid iki iş üzrə şikayətə baxaraq jurnalistin dərhal azadlığa buraxılması, ona 27 min 822 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya şikayət versə də, qərar qüvvədə saxlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG