Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:38

«Reuters» Azərbaycanda islama münasibətdən yazır


Nardaran məscidi
Nardaran məscidi
Nardaran kəndində nəhəng məscidin bir ətəyi qızılgüllə örtülüb. Bu güllük ölkənin əsas sərvətinin toplandığı Xəzər dənizinəcən gedib çıxır.

Bakının bu ucqar kəndində həyat tərzini İslam dini müəyyənləşdirir, divarlarda Quranın ayələri həkk olunub. Ciddi nəzarətdə saxlanan bu kəndin sosial problemləri də elə dində əks-sədasını tapır.

NARDARAN VƏ DÜNYƏVİ REJİM

Ancaq bu kəndin həyat tərzi prezident İlham Əliyevin dünyəvi rejimi ilə elə də uyğunlaşmır. Bu avtoritar lider gücünü Xəzərin neft-qaz resurslarından alır.

«Onlar varlı olsalar da, qorxurlar». Bunu Nardaran ağsaqqalı, İslam Partiyasının keçmiş rəhbəri Hacıağa Nuriyev Əliyevin ətrafındakı siyasi elita barədə deyir.

Sovet İttifaqının əksər keçmiş ölkələri kimi, bu 9 milyonluq şiə ölkəsi də kommunizmin dağılmasından sonra dini baxımdan az dirçəlib.

Daimi ibadət edən azərbaycanlıların sayı bəzi sorğulara görə, 10 faizə qalxıb. Ancaq miniyubkalı qadınları paytaxtda tez-tez görmək olar.

Hökumət həm dinə nəzarət etmək istəyir, həm də qonşularını nəzərə almalı olur. Bir tərəfdə dünyəvi, lakin mühafizəkar dini təsirlə çarpışan Türkiyə, o biri tərəfdə İran İslam Respublikası. Şimalda isə Rusiya Dağıstanında Moskvaya qarşı yönəlmiş islam yaraqlıları.

Son illərdə Bakı Qərb ölkələri səfirliklərinə qarşı planlaşdırılan bir neçə İslamçı sui-qəsdin qarşısını alıb və bunları İranla
İlqar İbrahimoğlu
bağlayıb.

ƏZİLƏN DEMOKRATİYA

Qərb Əliyev rejiminin Azərbaycanda radikallıq istiqamətində hər hansı cərəyanla mübarizəsini alqışlayır. Bu ölkə enerji təchizatçısı və Əfqanıstandakı Amerika əsgərləri üçün tranzit yoludur.

İnsan haqları qrupları isə deyirlər ki, hökumətin mübarizə metodları sərtdir, ifadə azadlığını pozmağa yönəlib.

Dünyəviliyə əsaslanan əksər məmurlar üçün islamın güclənməsi Azərbaycanı modernləşdirmək baxışlarına ziddir.

«Rəsmilər arasında müəyyən İslamofobiya hiss olunmaqdadır. Ancaq problemin kökündə azadlığın, hüquqların olmaması, demokratiyanın ümumi problemləri durur». Bunu hüquq-müdafiəçisi, tanınmış axund İlqar İbrahimoğlu deyir.

İranda təhsil almış İbrahimoğlu Cümə məscidinin axundu olub. Bu məscid 2004-cü ilin iyununda bağlanıb. Onun özünə isə 2003-cü il prezident seçkisindən sonra müxalifətin etirazlarını təşkil etmək ittihamı ilə 5 aylıq şərti cəza veriblər.

Atası Heydərin yolunu davam etdirən İlham Əliyev hakimiyyətini getdikcə möhkəmləndirib. Onun tərəfdarları 7 noyabr seçkisində parlamentdəki yerlərin hamısını tutublar. Bu seçkini müşahidəçilər «qüsurlu» adlandırıblar.

Ötən il qanunsuz tikildiyi bildirilən iki məscid sökülüb, azı ikisi də bağlanıb. Onlardan biri
Nardaran İslamın siyasi rolunu formalaşdırmaq istəyir, dövlət isə burada İranın barmağını görür
«Əbu-Bəkr» məscididir.

2008-ci ildə Şimali Qafqazdan olan radikal islamçılar bu məscidə hücum ediblər, iki nəfər ölüb. Məscid təmirə dayanıb, ancaq təmir qurtarsa da, qapıları açılmayıb. Təhlilçilər bunu məsciddə sələfilərin ibadət etməsiylə bağlayırlar.

İslamın bu qeyri-ənənəvi cərəyanları Qafqaz Müsəlmanları İdarəsinin dini rəhbərliyini qəbul etmir.

XARİCİ TƏSİRLƏR

Dövlət bütün dini icmaların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməsini tələb edir. Bu qaydanı insan haqları qrupları tənqid edib. Komitə rəhbəri «Reuters»ə müsahibə verməkdən imtina edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bunları deyib:

«Əliyevlər ailəsi Azərbaycanda İslamın inkişafı üçün hər cür şərait yaradır». Paşazadə qanunu pozan dini icmalara qarşı tədbirləri dəstəkləyir:

«Bizim İdarə onlara təzyiq etmir. Biz deyirik ki, qanun çərçivəsində işləyin. Onlar təbliğat aparmaq, başqa ölkələrin maraqları üçün işləmək istəyirlər».

Şeyxülislam Hacı Allahşükür Paşazadə
Xarici təsirlərə eyham vurmaq bu ölkədə artıq adiləşib. Nardaran İslamın siyasi rolunu formalaşdırmaq istəyir, dövlət isə burada İranın barmağını görür. Bu kənddə sosial problemlər 2002-ci ildə qiyam həddinə çatıb, polisin qayda-qanun yaratmaq üçün apardığı əməliyyatda bir nəfər ölüb. Yerli sakinlər polisin bir daha bu kəndə girmədiyini deyirlər.

DÜNYANIN DÖRD ŞİƏ ÖLKƏSİNDƏN BİRİ


«Bütün bunlara Azərbaycanın coğrafiyası nöqteyi-nəzərindən baxmaq lazımdır». Bunu Orta Asiya-Qafqaz İnstitutunun tədqiqat direktoru Svante Kornel deyir.

O, İranın şiə təşkilatlarının, Rusiyadan sünni qrupların, Türkiyə və Körfəzin Azərbaycanda nüfuz qazanmaq istəyini qeyd edir. Azərbaycan Rusiya, Yaxın Şərq, Qərb və Şərq arasında yerləşir.

«Azərbaycan dünyada dörd əsasən şiə ölkəsindən biridir, onun xüsusi demokratik olmasa da, dünyəvi hökuməti var və Qərblə münasibətlərin saxlanmasında maraqlıdır».

Təhlilçilər hökumətin İslamı boğmaq cəhdlərinin əks-təsirə, İbrahimoğlunun dediyi kimi, «bumeranq effekti»nə səbəb olacağını da istisna etmirlər.

«Haqları boğmaqla, onlar dindarları daha ciddi sosial məsələlər, radikallaşma barədə düşünməyə vadar edirlər. Bu, ciddi, çox ciddi problemdir». Bunu İlqar İbrahimoğlu deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG