Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:05

«Böyük İyirmilər»in görüşündə pul söhbəti


Seulda keçirilən iki günlük gərgin danışıqlardan sonra “Böyük İyirmiliyə” daxil olan dövlətlərin liderləri söz veriblər ki, onlar öz ölkələrinin milli valyutalarını bir-birinin bəhsinə devolvasiya (pulun dəyərinin aşağı salınması) etmək ənənəsinə son qoyacaqlar.

Onlar yaydıqları birgə bəyanatda dünyada iqtisadi artıma mənfi təsir göstərən ticarətdəki böyük qeyri-mütənasiblik probleminin həlli üçün təlimat işləyib hazırlamaqla bağlı razılığa da gəliblər.

Lakin ABŞ-ın ölkələrin aktiv və passiv ticarət saldosu üçün limit müəyyən etmək təklifi ilə bağlı razılıq əldə olunmayıb. Dünyanın iki ən böyük ixracatçısı - Çin və Almaniya bu təklifə qəti etirazlarını bildirib.

“O QEYRİ-MÜTƏNASİBLİK Kİ...”

Sammitin sonunda keçirilən mətbuat konfransında Obama deyib ki, böyük aktiv ticarət saldosu olan ölkələr ixracdan “sağlam olmayan asılılıqdan” azad olmalıdırlar:

“Bəzi ölkələr böyük aktiv saldoya, başqaları isə böyük passiv saldoya malikdir. Sadə dildə desək, biz tədricən ticarətdəki qeyri-mütənasibliyə doğru getmək təhlükəsi qarşısındayıq: o qeyri-mütənasiblik ki, böyük iqtisadi böhrana səbəb olmuşdu”.

Barak Obama
Ticarətdəki qeyri-mütənasibliklə əlaqədar müzakirələrin mərkəzində valyuta məzənnələri ilə bağlı məsələ dayanıb. ABŞ rəsmiləri bildirirlər ki, Çinin milli valyutası olan yuanın dəyəri reallığı əks etdirmir, onun dəyəri süni olaraq aşağı salınır. Bu da Çin ixracatçılarına haqsız üstünlük verir. Eləcə də Pekinin nəhəng xarici valyuta əldə etməsinə gətirib çıxarır. Obama bu tənqidi noyabrın 12-i bir daha təkrarlayıb:

“ÇİNİN TƏDRİCƏN BAZARA ƏSASLANAN SİSTEMƏ KEÇMƏSİ VACİBDİR”

“Çin öz yuanını ucuzlaşdırmaq üçün külli miqdarda vəsait xərcləyərək mütəmadi olaraq bazara müdaxilə edir. Biz də deyirik ki, Çinin tədricən bazara əsaslanan sistemə keçməsi vacibdir”.

Lakin bu arada Çin və bir sıra ölkələr ABŞ-ı dolların dəyərini aşağı salmaqda qınayırlar. ABŞ Mərkəzi Bankı elan edib ki, iqtisadi artımı stimullaşdırmaq məqsədi ilə Birləşmiş Ştatlar iqtisadiyyatına daha 600 milyard dollar buraxacaq. Heç şübhəsiz bunun da dolayı təsiri özünü dolların ucuzlaşmasında göstərəcək.

ABŞ rəsmiləri Mərkəzin Bankın bu addımının valyuta məzənnələrinə təsir etmək niyyəti güdmədiyini bildirirlər. Deyirlər ki, dolların dəyərini bazar özü sərbəst müəyyən edir.

“Böyük İyirmilər”in liderləri Beynəlxalq Valyuta Fondunda (BVF) geniş islahatlar aparılması ideyasını da dəstəkləyiblər. Bu islahatların nəticəsində Braziliya, Rusiya, Hindistan və Çin BVF-nin 10 ən böyük səhmdarı sırasına girəcək.

/Tərcümə etdi: Kəbiran Dilavərli/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG