Keçid linkləri

2026, 07 İyun, bazar, Bakı vaxtı 06:49

Obama İraqda yeni hökumətin formalaşmasını alqışlayıb

ABŞ prezidenti Barak Obama İraqda yeni hökumətin formalaşmasını alqışlayıb.

Dünən İraq parlamentində keçirilmiş səsvermədə Usama əl-Nəcəfi parlamentin sədri seçilib. O, sünnilərin dəstəklədiyi keçmiş baş nazir İyad Əlvinin rəhbərlik etdiyi bloku təmsil edir.

Razılaşmaya görə, şiələri təmsil edən indiki baş nazir Nuri əl-Malik ilə kürdləri təmsil edən prezident Cəlal Təlabani öz vəzifələrində qalırlar.

İyad Ələvinin Strateji Siyasət Şurasının rəhbəri təyin ediləcəyi gözlənilir.

This item is part of
XS
SM
MD
LG