Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:29

Ölümündən 100 il sonra Mark Tven rekord vurdu


“The New York Times” qəzeti Amerikada ən çox satılan kitabların siyahısını açıqlayıb.

Maraqlıdır ki, adətən müasir yazarların yer aldığı siyahıda 100 il qabaq vəfat etmiş məşhur Amerika yazıçısı Mark Tvenin də əsəri var.

Tvenin avtobiqorafik əsəri onun vəsiyyətinə uyğun olaraq ölümündən bir əsr sonra çap edilib.

Yazıçı bunu “yalnız ölümündən sonra tam səmimi danışa biləcəyi” ilə əsaslandırmışdı.

Tvenin avtobioqrafiyasını çapa hazırlayan Kaliforniya Universiteti deyir ki, kitab “Tvenin özünün istədiyi kimi - "qəbirdən gələn" bir səs olaraq onun heç kəsdən çəkinmədən söylənən yumor dolu fikirlərini, müxtəlif şəxslər, hadisələr haqda rəyini ifadə edir”.

Kitab Tvenlə katibəsi İzabel van Klik Lionun münasibətlərinə, yazıçının dinlə bağlı şübhələrinə, Amerikanını 26-cı prezidenti Teodor Ruzvelti niyə tənqid etməsinə işıq tutur.

“The New York Times” qəzetinin həftəlik bestseller siyahısı Amerikada kitab satışı mənzərəsini əks etdirən ən etibarlı mənbələrdən sayılır.

Qəzetin statistikası kitabların topdansatış yox, pərakəndə satış rəqəmlərinə əsaslanır.

Həmin rəqəmlər ölkə boyu minlərlə kitab dükanından alınır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG