Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:42

9 təşkilat Azərbaycan hökumətini pislədi


Kameradan gizlənən səsvermə
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

AzadlıqRadiosunun müxbirlərinin səslərin sayılması prosesini çəkməsinə maneələr yaradılır.

Söz və ifadə azadlığını müdafiə edən 9 beynəlxalq təşkilat – (ARTICLE 19, Freedom House, Human Rights House Foundation, Index on Censorship, International Federation of Journalists, Media Diversity Institute, Norwegian Helsinki Committee, Reporters Without Borders, World Association of Newspapers and News Publishers) Azərbaycan hakimiyyətini 7 noyabr parlament seçkiləri zamanı jurnalistlərin hüquqlarını təmin etmədiyinə görə pisləyib.

“Azərbaycan hakimiyyətini 7 noyabr seçkilərində söz azadlığını təmin etmək üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə pisləyirik. İfadə azadlığının pozulması faktları bizi hədsiz narahat edir, bu, seçkilərin düzgün və ədalətli olmadığını göstərir”,- deyə sənəddə bildirilir.

Bu pozuntular sırasında bloqqerlər Adnan Hacızadə və Emin Millinin, jurnalist Eynulla Fətullayevin indiyə qədər həbsdə saxlanılması,

mətbuatda geniş özünüsenzura,

elektron KİV-də və xüsusən telekanallarda plüralizmin olmaması;

hakimiyyətin və Yeni Azərbaycan Partiyası xeyrinə informasiyanın üstünlüyü,

hökuməti tənqid edən saytların (eqreb.com; tinsohbeti.com; susmayaq.biz) bağlanması,

jurnalistlərin və müxalifət namizədlərinin təqibi, o cümlədən “Azadlıq” qəzetinin redaktoru barədə seksual xarakterli videosüjetin nümayişi,

7 noyabr seçkilərində seçki saxtakarlığının şahidi olan Azad Avropa Azadlıq radiosu, RATİ və Azadlıq qəzeti müxbirlərinə olan təzyiqlər, onların qanunsuz saxlanması, seçki məntəqəsindən uzaqlaşdırılması, Naxçıvanda jurnalistlərin seçki məntəqələrindən qovulması faktları göstərilir.

9 təşkilat Azərbaycan hakimiyyətindən həbsdə olan jurnalistləri dərhal azad etməyi, onların təqib olunmasında günahkarların cəzalandırılmasını, bağlanmış saytların açılmasını, telekanallarda plüralizmin təmin edilməsini, teleradio yayımın tənzimlənməsi üzrə müstəqil qurum yaradılmasını, Azərbaycanda xarici radiostansiyaların yayımına qoyulmuş qadağanın ləğvini tələb ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG