Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

İraq parlamentində yeni hökumətlə bağlı səsvermə keçirilir


İraq parlamentində yeni koalision hökumətlə bağlı səsvermə keçirilir.

Bundan əvvəl ölkədəki əsas siyasi blokların yeni hökumət yaradılmasında razılığa gəldikləri bildirilmişdi.

“ Milli əməkdaşlıq” hökuməti çərçivəsində əldə olunmuş razılaşmaya görə şiələri təmsil edən indiki baş nazir Nuri əl Maliki ilə kürdləri təmsil edən prezident

Cəlal Talabani öz yerlərində qalacaqlar.

Sünnilərin dəstəklədiyi İraqiyə alyansının rəhbəri və keçmiş baş nazir İyad Ələvi isə parlamentin sədri və eyni zamanda yeni yaradılcaq Strateji Siyasət Şurasının rəhbəri olacaq.
XS
SM
MD
LG