Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 11:24

Uşaqbazlar üçün "stolüstü kitab" qalmaqal yaratdı


Böyüyən qalmaqal - dünyanın ən böyük on-line kitab ticarəti şəbəkəsi olan Amazon.com-u məcbur edib ki, uşaqbazlar üçün “stolüstü kitab”ı satışdan yığışdırsın.

Filip Qrivz adlı bir şəxs – yazdığı “stolüstü kitab”ın elektron variantını Amazon.com-da oktyabr ayında satışa çıxarmışdı. (Şirkət müəyyən haqq müqabilində müəlliflər üçün belə bir şərait yaradır).

Müəllif öz kitabını belə təqdim edirdi: Cəmiyyət pedofilləri anlamır. Bu kitab onların cəmiyyətə daha az ziyan vurmasına yönələn bir stolüstü kitabdır.

Sosial şəbəkələr – Twitter və Facebook-da valideynlər şirkətdən kitabı satışdan çıxarmağı tələb ediblər.

Əsas ofisi Amerikada yerləşən Amazon.com əvvəlcə BBC-yə açıqlamasında deyib ki, “hər hansı kitabın məzmununun mübahisəli olması səbəbindən senzura tətbiq etmirlər”.

Bundan sonra qalmaqal böyüyub, amerikalı valideynlər bu məsələnin qətiyyən söz azadlığı ilə bağlı olmadığını, əksinə cinayətə təhrik olduğunu bildirərək “Amazon”u ölkə boyu boykot etmək çağırışı ilə kampaniyaya başlayıblar.

Artıq Amazon.com-da “stolüstü kitab”ı sifariş etmək mümkün deyil.
XS
SM
MD
LG