Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:59

Yerli müşahidəçilər seçki haqda nə deyirlər?


Anar Məmmədli
Anar Məmmədli
- Parlament seçkilərinin qanuniliyi, aşkarlığı və demokratikliyi şübhə altındadır.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyib. Mərkəz seçki günü ölkənin demək olar ki bütün dairələrində müşahidə aparıb.

A.Məmmədli deyir ki, seçki prosesi ümumulikdə ciddi qanun pozuntuları ilə müşahidə olunub:

CİDDİ QANUN POZUNTULARI


- Parlament seçkiləri günü seçicilər, namizədlərə qarşı təzyiqlər, seçicilərin iradəsinin əksinə olaraq onların səsverməyə təhrik olunması və gətirilməsi kimi hallar baş verdi. Ümumilikdə biz müşahidə etdik ki, ölkə üzrə bir şəxsin bir neçə dəfə səsvermədə iştirakı halları seçki məntəqələrinin 24 faizində müşahidə olunub. Saxta seçki bülletenlərinin seçki qutularına atılması ölkə üzrə seçki məntəqələrinin 26 faizində qeydə alındı. Seçicilərin qrup halında səsverməyə gətirilməsi isə ölkə üzrə seçici məntəqələrinin 20 faizində müşahidə olundu.

Anar Məmmədli deyir ki, onların təşkilatı səslərin sayılması prosesini də müşahidə edib. Onun sözlərinə görə, bu proses də pozuntusuz ötüşməyib:

- Səsvermənin nəticələrinin protokollarda yanlış əks olunması ölkə üzrə seçki məntəqələrinin 12 faizində qeydə alınıb. Protokolun surətinin seçki məntəqəsinin qarşısında asılması ölkə üzrə seçki məntəqələrinin 25 faizində qeydə alınıb. Bütün bu əldə olunmuş nəticələr onu göstərir ki, 7 noyabrda seçki prosesinə ciddi şəkildə müdaxilələr baş verib.

CƏMİ 19 POZUNTU

“Parlament-2010” Seçki Koalisiyasının mətbuat xidmətinin rəhbəri Sevda Məmmədli isə deyir ki, onların müşahidəçiləri elə də ciddi nöqsan tapa bilməyiblər. Onun sözlərinə görə, seçki günü cəmi 19 seçki pozuntusu barədə koalisiyanın üzvləri məlumatla müraciət ediblər.

İradə Yaqubova
Seçkilərdə “exit-poll” keçirən “Els” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova isə çıxışda sorğunu hansı vəasit hesabına keçirdikləri barədə məlumat verməyib:

XARİCİ TƏŞKİLATLARDAN SPONSOR TAPA BİLMƏDİK

- Biznes strukturlara müraciət etdik. Xarici təşkilatlardan sponsor tapa bilmədik. Ona görə müraciət etdik özəl strukturlara. Hansılar ki, nə dövlət sektorlarına aiddirlər, nə də onlardan asılıdırlar.

- Seçki monitorinqi ilə məşğul olan təşkilatın maliyyə mənbəyinin şəffaf olmaması nə dərəcədə düzgündür?

- Biz yəqin ki, 2-3 günə bütün sənədlərin qəbulundan sonra mətbuat konfransı keçirəcəyik. Hamısı olacaq. Rəqəmlər də olacaq. Odur ki, gizli heç nə yoxdur.

BİR NEÇƏ ÖZƏL ŞİRKƏTDİR


- Lütfən sizə maliyyə vermiş biznes strukturlarının adını çəkə bilərsinizmi?

- Bir neçə özəl şirkətdir. Onların hamısını mətbuat konfransında açıqlayacağıq.

- AzadlıqRadiosu olaraq biz maliyyə mənbəyini açıqlamayan təşkilatların, eyni zamanda bu bütün beynəlxalq standartlarda işləyən media qurumları bu standartdan istifadə edirlər və bu standart peşə etikası qaydasıdır ki, maliyyə mənbəyini açıqlamayan seçki monitorinqinin nəticələrini biz ictimaiyyətə açıqlamırıq. Çünki bu, şəffaf sayılmır. Bu seçiciləri yanlış istiqamətə yönəltmə sayıla bilər. Ona görə bu bizim peşə etikası qaydalarımıza ziddir. Və siz də əgər şəffaf deyilsinizsə və nə qədər pul xərclədiyinizi, bu pulun kimdən gəldiyini açıqlamırsınızsa, bizim üçün çətindir söhbəti sizinlə belə davam etdirmək.

- Heç bir problem yoxdur. Mətbuat konfransı olacaq və orada hamısını açıqlayacağıq.

- Mən İradə xanımla xudahafizləşirəm. Təşəkkür edirəm, İradə xanım, vaxtınızı aldıq. Bağışlayın.

Söhbətin gedişatından xəbər tutmaq üçün, verilişi dinləyin...

XS
SM
MD
LG