Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:00

Ali Məhkəmənin növbədənkənar Plenumu başlayıb


Noyabrın 11-də Azərbaycan Ali Məhkəməsinin növbədənkənar Plenumu işə başlayıb. Yeni fəaliyyətə başlayan 78 hakim Konstitusiya və qanunlara uyğun fəaliyyət göstərəcəklərinə and içiblər.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, son illər Azərbaycanın iqtisadi-siyasi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükü artıb. Bu isə onların daha da təkmilləşdirilməsini zəruri hesab edir.

Plenumda Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov iştirak edir.


Plenumda həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına da baxılacağı gözlənilir.

XS
SM
MD
LG