Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 11:24

İraqdakı xristianlara hücumlar müzakirə olunub

BMT Təhlükəsizlik Şurası və ABŞ İraqdakı xristianlara hücumları müzakirə ediblər.

Ağ Ev bildirir ki, ABŞ İraq xalqını və hökumətinin “Əl-Qaidə”yə qarşı mübarizəsini dəstəkləyir.

Dünən Bağdadda yerli xristianların evlərinə edilmiş hücumlarda 5 nəfər ölüb, 26 nəfər yaralanıb.

On gün əvvəl isə Bağdaddakı xristian kilsələrindən birində törədilmiş partlayışda 50-dən artıq adam ölmüşdü. Bu hücuma görə cavabdehliyi Əl-Qaidə ilə əlbir olan qrup üstünə götürmüşdü.

Hazırda İraqda təxminən yarım milyon xristian yaşayır.

This item is part of
XS
SM
MD
LG