Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:30

Rüfət Əhmədzadə "No name"















Bədbin şeir

Gəl, gedək!
Cəhənnəmə də olsa…
Burdan yaxşı olar ora hər halda!
Mollalardan eşitmişəm
- içkili olmadıqları vaxtda.
Kitablardan oxumuşam
- sevgilim olmadığı vaxtda:
Cəhənnəmdə canilər öz cəzasını çəkər…


Biz də gedək,
orda çəkək…
Ah yox, cəzamızı
- Ayrı-ayrı da olsa…
Əsas odur, bir gedək
Orda bir hakim var,
hərənin öz cəzası,
hərənin öz hökmü var…
Amma, burda…
Özgələrin cəzasını çəkir məsumlar!

Qoy, günahımız elə
günahkarlar dünyasından küsüb getmək olsun…
Cəzamız elə də ağır olmaz.
Qurban olum, sən də bez mənim kimi,
sənin və taylarının bezdirdiyi həyatdan.
Bu həyatı,
bu dünyanı
sevdirməyi bacarmırsan, bacarma!
Mən gedirəm,
gəlmirsənsə, fikirləş…
Ordan yaxşı yerə getməyəcəksən!


Mən bu şeri ağladım

Sən məni çağırmadın,

Mən səni haylamadım.

Sən getdin öz yoluna,

Mənsə, davam elədim…

Getməyimi bilmirəm,

Addım səslərim gəlir qulağıma…

Amma, sağda və solda,

Eyni şeylər görürəm.

İrəli də dumanlıq,

Ilğımlardır sadəcə!

Aldadacaqlar yenə,

Əvvəl olduğu kimi…

Hər kəşfim eyni növdə,

Yenilik hiss etmirəm.

Çox ehtimal, yerimdə

Boş-boş ayaq ölçürəm…


…Sən kədərlə dolmadın,

Mən qəhər boşaltmadım.

Sadəcə, ürəyimdə saxladım qübarımı…

Özümü sındırmadım,

Dözüm sındırdı məni.

Nə edim ki, yazarkən,

Heç gizlədə bilmədim,

Ağı duyğularımı…

Mən təbəssümlə gəzdim,

Mən qürur ilə yazdım…

Amma ki, bir də baxdım,

Hərflərim ağlayır,

Yazılarım sızlayır

- Yəqin, mənim yerimə…

…Heç nə demə,

Cavab yazma!

Bu sənə məktub deyil.

Sənə mesaj atmıram,

Mən məqsədlə yazmıram

- Necə ki, sən yaşadın

Məqsədsizcə sevgini!

(və ya yaşayammadın)

Mən sadəcə bilirəm,

Ruha zövq verən sözlər,

Kiminsə göz yaşıdır.

Bir oxucu diqqəti

Yazarın eşq payıdır,

Bir nakamın kamıdır..

..Tanrı qələm əhlinə

Yaşamaq üçün deyil,

Yazmaqçun sevgi verdi.

Elə bir vergi verdi,

Bir otağa qapanmış

Tənha yazarın səsi

Yollar ölçdü min addım.

Mən də yorulduğumdan,

Yoldan ayrıldığımdan,

Qələmimə sarıldım.

Və başladım yazmağa…

Doğdum dərvişlərimi,

Öz kişi bətnim ilə!

Yəqin ki, onlardan,

Bircəsi sizə gələr…

Bəlkə, mənim yerimə,

Səni qaytara bilər…

Mənim yanıma deyil,

Mənim sevgi dünyama!


“No name”

Ağladınmı?
Göz yaşların süzüldümü ovcuna?
İki damla arasında
Bir fərq duya bildinmi
Ruhundakı yaranın yanğısında?
Yoxsa, yenə həmin dərd?
Yoxsa, yenə həmin pərt….
Aldadılmış,
Ağladılmış olaraq qalacaqsan?

Hiss etdinmi dişlərinin arasında
Kiminçünsə şirinliyini itirən dodaqların dadını?
Ovundura bildinmi
oxşanmadıqdan belə,
yolunmağı tələb edən saçını?
Nə dəyişdi?
Dodaqlarından axan qan yuya bildi görən,
onlarda qalan murdar ləkələri?

Azaldımı saçlarında xain əllərin izi
Özünü daha pakmı hiss etdin,
Yoxsa, vicdan yükünümü azaltdın
- Başından qopub düşən,
Göz yaşınla ötüşən tellərinlə?
Ağladınmı?
Anladınmı,
Ümidləri öldürüb,
Yox,yox, özü ölüb gedəni su ilə yox,
göz yaşı ilə yola salırlar?
Sən getməyi istəmədin,
Sənin qalıb güldürmən
Eləcə sevindirmən
Necə də cansıxıcı…

İnsan asan səadətdən tez bezir
- insan doğulmadınmı?
Bəlkə, siləsən göz yaşlarını?
Bəlkə, qaldırasan yerə dikilmiş baxışlarını?
Bəlkə, aralayasan başını qucaqlamış qollarını?
Mənim üzünə uzanan əlimi qovmayasan?
O ki, səni ağlatmağa gəlmədi…
Amma, bilmək olmaz.
Mənə uzanan əllər mənimkinə bənzəməz.

Sən ağlamağında ol!
Nə qədər ki,
məni görə bilmirsən,
məni sevə bilmirsən,
əlim hələ yad sənə…
mən gedim.
Ağlamağa öyrəşmisən deyəsən…
Çünki, ağladıqca yüngülləşirsən.
Sənə mənsiz həyatında uğurlar!

http://rufatahmad.wordpress.com

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG