Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:52

İran kimlərləsə nüvə proqramını müzakirə etməyəcək


İran aparıcı dünya ölkələri ilə nüvə praqramını müzakirə etməyəcək.

Bunu İran prezidenti Mahmud Əhmədinejad deyib.

O, qeyd edib ki, danışıqlar yalnız əməkdaşlıq, beynəlxalq problemlərin həlli yolu, naraharlığa səbəb olan amillərin aradan qaldırılması, açıq və ədalətli yolla sülhə və təhlükəsizliyə neçə nail olunması barədə ola bilər.

İran dünən BMT-nin təhlükəsizlik şurasının 5 daimi üzvü və Almaniyaya noyabrın sonu və ya dekabrın əvvəllərində İstanbulda dialoqun bərpa olunmasını təklif edib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəhbər nümayəndəsi Kətrin Eşton təklifin bu ölkələrlə müzakirə ediləcəyini deyib.
XS
SM
MD
LG