Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 22:08

Ermənistana xaricdən nə qədər pul göndərilir?


Yerevanda kasıb uşaqlar
Yerevanda kasıb uşaqlar

Bu ilin 9 ayında Ermənistanın fiziki şəxslərinə xaricdən 1 milyard 101 milyon dollar pul göndərilib.
Bu məlumatı Ermənistanın Mərkəzi Bankı verib.

Xaricdə işləyənlərin, xaricdəki qohumlarının Ermənistan vətəndaşlarına göndərdiyi pul bu ilin 9 ayında keçən illə müqayisədə 3,7 faiz və ya 43 milyon dollar azalıb.

Ermənistan vətəndaşlarına bu 9 ayda ən çox pul gələn ölkələr:

Rusiya – 752 milyon dollar
ABŞ - 90,7 milyon dollar
Birləşmiş Ərəb Əmirlikləri – 19,8 milyon dollar

Xaricdən Ermənistan vətəndaşlarına ildə təxminən 1 milyard 500 milyon dollar göndərilir.
Müqayisə üçün, Ermənistan büdcəsi təxminən 1 milyard 900 milyon dollardır. Bu, büdcənin gəlir hissəsidir.
Ermənistan büdcəsinin xərc hissəsi isə gəlirindən çoxdur- 2 milyard 200 milyon dollardır.
XS
SM
MD
LG