Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 04:53

Yaşar Nuri Türkiyəyə aparılıb


Azərbaycanın xalq artisti Yaşar Nuri noyabrın 9-u axşam saat 20:00 radələrində Türkiyəyə aparılıb.

Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyevin AnsPress-ə verdiyi məlumata görə, xalq artisti Türkiyəyə xüsusi təyyarə vasitəsilə İstanbul Memorial Xəstəxanasının həkimlərinin müşayiəti ilə Türkiyəyə aparılıb:

«Xəstənin vəziyyəti yaxşılaşmışdı. Biz onu kritik vəziyyətdən çıxarmışdıq. Əgər belə olmasaydı, onu Türkiyəyə aparmaq mümkün olmazdı. Yaşar Nurini biz də müalicə edə bilərdik, sadəcə türkiyəli həmkarlarımızın istəyinə qarşı çıxmaq istəmədik. Ona qaraciyər tpansplatasiyası edilməsi bizim qarşımızı kəsdi. Sırf bu səbəbdən müalicənin Türkiyədə davam etdirilməsinə razılıq verdik».

Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti noyabrın 6-da axşam saatlarında pisləşib.

Aktyor axşam saat 19:30 radələrində təcili yardım maşını ilə "Medi Club" Tibbi Mərkəzinə aparılıb. Sonradan Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycanın xalq artisti Yaşar Nuri xəstəxananın reanimasiya şöbəsində müalicə alırdı. Xalq artistinə hipertonik-krizis diaqnozu qoyulmuşdu.

Aktyor 2008-ci ilin may ayında Türkiyədə qara ciyərindən əməliyyat olunub.
XS
SM
MD
LG