Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 07:54

Sarkozi mübahisəli pensiya islahatlarını təsdiqlədi

Fransa prezidenti Nikolya Sarkozi mübahisəli pensiya islahatları haqda qanunu imzalayıb. Qanuna görə, pensiyaya çıxma yaşı artırılıb.

Noyabrın 9-da Fransanın Konstitusiya Şurası qanun layihəsini təsdiqləyib. Oktyabr ayında isə layihə parlamentdən keçib.

Yeni qanuna görə pensiya yaşı 60-dan 62-ə artırılıb.

Ötən ay Fransada pensiya islahatlarına etiraz olaraq ölkə boyu kütləvi aksiyalar və tətillər keçirilmişdi.
This item is part of
XS
SM
MD
LG