Gənc yazar Nərmin Kamal beynəlxalq proqram çərçivəsində iki ay Avstriyanın paytaxtı Vyanada qalmaq haqqı qazandı.
O, "Avstriya Kulturkontakt"in 2011-ci il Milod-dor adina "Yaziçilar üçün rezidensiya proqrami"nin qaliblərindən olub.
Adından da göründüyü kimi bu proqram mədəniyyətlər arasında əlaqələrin genişləndirilməsinə yönəlib.
Proqramda Rusiya, Türkiyə, Xorvatiya, Rumıniya, Azərbaycan və başqa ölkələrdən olan 20-yə yaxın yazar iştirak edəcək.
Proqramda 40 yaşınacan yazarlar iştirak edə bilərlər.
Nərmin Kamal gələn ilin noyabr-dekabr aylarında Vyanaya səfər edəcək. Səfər, şəhərdə qalmaq xərclərini proqram təşkilatçıları ödəyəcək, bundan başqa proqramın iştirakçılarına iki ay maaş ödənəcək.
Yazıçı deyib ki, proqrama bu ilin sentyabr ayında müraciət edib. Bunun üçün Vyanaya ingilis və alman dillərində yazilarindan nümunələr, tərcümyi-halini və motivasiya məktubunu göndərib.
O Azərbaycandan proqramda iştirak edən yeganə yazar olacaq.
"Avstriya Kulturkkontakt" Avstriyanın Təhsil , İncəsənət və Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən qurumdur.
Qurumun əsas fəaliyyət arealı şərqi, cənub-şərqi Avropa ölkələri, eləcə də Rusiya və Qafqaz dövlətləridir. Əsas fəaliyyət istiqaməti isə - mədəniyyət və təhsil sahəsində dialoqdur.