Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Yaşar Nuri müalicə üçün Türkiyəyə göndərilir




Azərbaycanın xalq artisti Yaşar Nuri müalicəsini Türkiyədə davam etdirəcək. Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev məlumat verib: “Türkiyəli həkimlər qərara gəldilər ki, Yaşar müəllim müalicəsini Türkiyədə, “Memorial” xəstəxanasında davam etdirsin. Onlar xəstəni əməliyyat etdiyinə görə və müalicə də həmin istiqamətdə inkişaf etdiyinə görə bu qərar qəbul olunub”.

R.Cəfərquliyev onu da bildirdi ki, Yaşar Nuri bu gün axşam, yaxud sabah səhər saatlarında İstanbula yola salınacaq: “Böyük ehtimalla, xəstəni bu gün axşam yola salacağıq. Texniki məsələlər tezliklə həll olunsa belə olacaq. Uzağı, sabah səhər Yaşar Nuri Türkiyəyə yola düşəcək”.
XS
SM
MD
LG