Noyabrın 8-də son bir neçə ildə tikintisi davam etmiş Bakı dairəvi yolunun bir hissəsi istifadəyə verilib. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, yolun tikintisi və yenidən qurulması Azərbaycan hökumətinin, Ərəb İqtisadi İnkişaf Küveyt Fondunun və Abu Dabi İnkişaf Fondunun ayırdığı vəsait hesabına həyata keçirilib. Bu layihənin reallaşdırılması şimal–cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirəcək Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verəcək.
Layihəni Nəqliyyat Nazirliyinin sifarişi ilə podratçı “Makyolcopri İnşaat ve Taahhüt A.Ş.” şirkəti, subpodratçı “Azərinşaat” MMC, tikintiyə texniki nəzarəti “Pan Arab Consulting Engineers” şirkəti həyata keçirib.
Layihə üç hissədən ibarətdir. Birinci və ikinci hissələr istismara hazırdır. Lökbatan dairəsindən Ələt–Astara yolunun 22-ci kilometrinədək olan üçüncü hissə isə bu ilin sonunda istifadəyə veriləcək.
Uzunluğu 21,5 kilometr olan birinci dərəcəli yolda 5 qovşaq və 8 yolötürücüsü var.
Prezident İlham Əliyev noyabrın 8-də Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 28-45-ci kilometrləri arasındakı hissəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısına verilən məlumata görə yolun bu hissəsinin asfalt örtük çəkilməklə yenidən qurulması işlərinə 2008-ci ilin iyunundan başlanıb.
Layihənin sifarişçisi Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC, podratçısı İtaliyanın “Todini Costruzioni Generali S.p.A.” şirkəti, subpodratçısı isə “Akkord İnşaat Sənaye” ASC-dir.
Yenidən qurulan birinci dərəcəli, dördzolaqlı yolun uzunluğu 17 kilometrdir.
Bu yolun istifadəyə verilməsi ilə avtomobillər, əsasən də ağır yük maşınları Sumqayıt istehsalat sahəsi və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi və əks istiqamətində sərbəst hərəkət edə biləcək.