Keçid linkləri

2017, 19 Fevral, bazar, Bakı vaxtı 22:50

İki erməni Gürcüstanda uran satmaq ittihamı ilə tutuldu


Gürcüstanın Daxili İşlər Nazirliyi xəbər verib ki, milliyətçə erməni olan iki nəfər zənginləşdirilmiş uran satmağa cəhd edərkən tutulub. Rəsmilər Sumbat Tonoyan və Hrant Ohanyanın bu ilin martında saxlandığını bildiriblər.

İttihama görə onlar zənginləşdirilmiş uranı radikal islamçı qrupların nümayəndəsi adı altında gizlənən Gürcüstan təhlükəsizlik xidmətinin zabitinə 1.5 milyon dollara satmaq istəyirlərmiş.

Ötən həftə Gürcüstan Rusiyaya casusluq ittihamı ilə həbs etdiyi 13 nəfərlik dəstədən iki nəfərin də milliyətçə erməni olduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG