Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 16:53

YAP 72 deputatla öndədir


Seçkilərdə prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) liderlik edir
Seçkilərdə prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) liderlik edir
MSK sədri Məzahir Pənahov bazar günü parlamentə keçirilmiş seçkilərin ilkin yekunlarını açıqlayıb. Bu nəticələr “Seçkilər” informasiya sistemi üzrə seçki məntəqələrindən alınmış məlumatlara əsaslanıb.

Həmin məlumatlara görə, seçkilərdə prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) liderlik edir.

YAP-ın nümayəndələri 125 dairənin 72-də liderlik edir. Ötən parlamentdə YAP yalnız mandatların yarısına malik idi.

Milli Məclisə 10 partiyanı təmsil edən daha 13 namizəd keçib. Bunlar Vətəndaş Həmrəyliyi Partiyası (3), Ana Vətən Partiyası (2), Demokratik İslahatlar (1), Böyük Quruluş (1), Xalq Dirçəliş Hərəkatı (1), Ümid (1), Sosial Rifah Partiyası (1), Vətəndaş Birliyi Partiyası (1), Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası (1), Ədalət Partiyasıdır (1). 37 dairədə isə bitərəf namizədlər qalib gəlib.

MSK sədri Məzahir Pənahov mətbuat konfransında seçkilər zamanı ciddi pozuntuların olması faktını inkar edib və gün ərzində belə məlumatların daxil olmadığını bildirib. O 31 saylı Suraxanı ikinci dairəsində yaranmış problemi inkar edib. Bu dairə üzrə nəticələr digər dairələrə nisbətən çox gec açıqlanıb.

Bu dairədən namizədliyini irəli sürmüş AXCP lideri Əli Kərimli bildirib ki, məntəqələrdən protokolların surətləri onun nümayəndələrinə verilməyib, hətta işə ATƏT nümayəndələri müdaxilə edib. Bununla belə, MSK həmin dairə üzrə lider başqa namizədi - Milli Dirçəliş Hərəkatının rəhbəri Fərəc Quliyevi elan edib.

Yekun rəsmi nəticələr bir ay ərzində elan olunacaq.

Seçkilərdə 2 480 205 seçici və ya onların ümumi sayının 50,14%-i iştirak edib.

SEÇKİNİ BURADA ŞƏRH EDİN

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG