Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:43

«AXCP-Müsavat» blokundan parlamentə heç kim düşmədi


Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər

Müxalifətin aparıcı siyasi qüvvəsi sayılan "AXCP-Müsavat" blokundan parlamentə heç kim düşməyəcək. Hər halda MSK-nın açıqladığı ilkin nəticələr bunu göstərir.

Müxalifət liderləri İsa Qəmbərin dairəsindən "Lider" TV-nin əməkdaşı Etibar Hüseynovun, Əli Kərimlinin dairəsindən isə sabiq AXC fəalı Fərəc Quliyevin parlamentə seçildiyi bildirilir. Üstəlik, üçüncü çağırış parlamentində müxalifətin aktiv üzvü kimi tanınan Pənah Hüseynin də Milli Məclisin yeni tərkibindən kənarda qaldığı məlum olur.

Bununla belə, parlamentin yeni simaları arasında vaxtilə müxalif dairələrdə fəallıqları ilə seçilən Müsavat Partiyası Divanının sabiq üzvü Rasim Musabəyov və Bakı şəhərinin keçmiş prokuroru, hüquq müdafiəçisi Çingiz Qənizadə də var.

Milli Məclisin yeni tərkibi ilə bağlı daha ətraflı məlumatları yaxın saatlarda saytımızdan oxuya biləcəksiniz.

SEÇKİLƏRİ BUARADA ŞƏRH ET

XS
SM
MD
LG