Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:16

Mübariz İbrahimovla Fərid Əhmədovun yas mərasimi keçiriləcək

Cəbhə bölgəsində erməni birləşmələrinin hücumunu dəf edərkən həlak olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun yas mərasimi keçiriləcək.

Qafqaz müsəlmanları idarəsinin rəhbəri və bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə cümə axşamı Təzə Pir məscidində ehsan veriləcəyini bildirib.

Mübariz İbrahimovla Fərid Əhmədovun cəsədləri noyabrın 6-da Azərbaycana qaytarılıb.

Onlar bu gün ikinci Fəxri Xiyabanda dəfn olunublar.

Qeyd edək ki, prezidentin fərmanıyla Mübariz İbrahimova Azərbaycanın Milli Qəhramanı adı verilib, Fərid Əhmədov isə “İgidliyə görə” medala layiq görüıüb.
This item is part of
XS
SM
MD
LG