Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:36

Əli Əhmədov: Seçkilər şəffaf keçdi


YAP-da parlament seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
YAP-da parlament seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
“Azərbaycanda keçirilən parlament seçkiləri uğurla başa çatıb”.

APA-nın xəbərinə görə, bu sözləri 7 noyabr parlament seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deputatlığa namizəd, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu seçkilər həm demokratiyanın, həm də seçki praktikasının inkişafında əhəmiyyətli mərhələ hesab oluna bilər:

“Bütün siyasi partiyalara və seçkidə iştirak etmək istəyən vətəndaşlara şərait yaradılıb”.

“BƏZİ MÜXALİFƏT NÜMAYƏNDƏLƏRİ SƏSVERMƏNİ POZMAĞA CƏHDLƏR GÖSTƏRİBLƏR”

Ə.Əhmədov deyib ki, səsvermə şəffaf keçib, amma YAP müşahidəçilərinin müşahidələri və verdikləri məlumatlarda bəzi müxalifət namizədləri tərəfindən qanun pozuntularına yol verilməsi cəhdləri görünür.

"22 saylı dairənin 19 saylı məntəqəsində Pənah Hüseyn seçicilərə təsir göstərməyə çalışıb.

15 saylı dairədə İsa Qəmbərin nümayəndəsi Tural Abbaslı, 31 saylı dairədə Əli Kərimlinin adamları səsverməyə təsir göstərməyə çalışıblar.

Gedişat onu göstərir ki, bəzi müxalifət nümayəndələri səsverməni pozmağa cəhdlər göstəriblər”.

“HAKİMİYYƏT PARTİYASININ MÖVQEYİ NİYƏ İŞIQLANDIRILMIR?

“Səslərin sayılması çoxlu sayda insanların gözü qarşısında baş verir. Mən təəssüf hissi ilə qeyd edirəm ki, bəzi beynəlxalq mətbu orqanlarda seçki prosesinin işıqlandırılmasında ciddi ayrı-seçkilik müşahidə olunur.

Belə təəssürat yaranır ki, onlar seçki prosesini başqa fonda işıqlandırmaq istəyirlər. Bəzi xarici mətbu orqanlarda Azərbaycandakı seçki prosesinə ciddi və qərəzli mövqe nümayiş etdirilir.

Bunlar seçkiləri obyektiv işıqlandırmaq niyyətində olsaydılar, müxalifət mətbuatından götürdükləri məlumatları dəqiqləşdirər, mövqeləri öyrənib öz səhifələrində əks etdirərdilər.

Bəzi xarici mətbu orqanlar seçkilərlə bağlı xoşagəlməz fikir formalaşdırmağa çalışırlar.

Necə ola bilər ki, bu mətbuatın səhifələrində Əli Kərimlinin, İsa Qəmbərin dediklərinə yer var, amma Azərbaycanda seçkiyə qatılan digər adamlara yer yoxdur? Hakimiyyət partiyasının mövqeyi niyə işıqlandırılmır?

Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti buna öz mövqeyini bildirməlidir”.

ƏLİ ƏHMƏDOV AZADLIQRADİOSUNU TƏNQID EDİR

Daha sonra Ə.Əhmədov AzadlıqRadiosunun fəaliyyətini tənqid edib:

“Təəssüf edirəm ki, dəfələrlə bu radionun saytında gedən müzakirələrdə bizim nümayəndələr iştirak etmək istəyiblər, sayt mesajları qəbul edib, amma yayımlamayıb.

Nə qədər fikir göndərilib, müzakirələrə münasibət bildirilib, bir dəfə də bizim fikirlər yayımlanmayıb. Necə ola bilər ki, saytda bir məsələyə 50 rəy bildirilib, onun hamısı da Azərbaycanın əleyhinədir?

Bizim cavan uşaqlar var, forumlarda iştirak edir, müzakirələrə münasibət bildirirlər, amma onların fikirləri yayımlanmır".

Azadlıq Radiosunun müxbiri mətbuat konfransına buraxılmayıb.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG