Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

Aqşin Yenisey AYO-nun sədri seçildi


Noyabrın 7-də Azad Yazarlar Ocağı özünə yeni sədr seçib - yazıçı Aqşin Yeniseyi. Yazıçı "Oxu zalı"na açıqlamasında deyib:

- AYO-da sədr seçimi formal mahiyyət daşıyır və rotasiya üzrə hər il bir nəfərə ötürülür. Seymur Baycanın sədrlik vaxtı bitdi və AYO-çuların fikri belə oldu ki, Seymur Baycanın, Murad Köhnəqalanın, Həmid Herisçinin, Rafiq Tağının, Rasim Qaracanın başladığı yolu mən davam etdirim.

AYO hamıdan əvvəl göstərdi ki, seçə bilir. Mən təklif etdim ki, bu şəkildə seçkilər etməyək, dar bir dairədə namizədi müəyyənləşdirmək və dar bir dairədə onu seçmək siyasi hakimiyyətdən qalmış seçkidir.

Düzdür təklif qəbul edilmədi, amma mən istəyirəm ki, belə olsun. Mən yəqin ki yaxın günlərdə AYO-nu təmsil edən yazarların oxucularına müraciət edəcəm ki, onlar təşkilatda kimi sədr görmək istərdilər.

Səs çoxluğu kimdə olsa AYO-nun müvəqqəti sədrlik postunu ona təhvil verəcəyik. Heç olmasa Azərbaycanda seçici ilə, oxucu ilə dialoq mümkün olsun, onların da rəyi nəzərə alınsın.

Bu səsverməni müəyyən sosial şəbəkələrdə - “Facebook” da ki, ədəbiyyat oxuyanlar var, yazılara şərh yazan insanlar var, - onlar arasında edəcəyik.

Hər halda mən bu məsələni ictimailəşdirməyin tərəfindəyəm. Qoy heç olmasa oxucular bir dəfə də olsa özlərinə yazıçı seçsinlər.

Burada yaxşı çox şey var, pis heç bir şey yoxdur. Gələcək planlar üçün hələ çox tezdir. Amma necə deyərlər AYO-ya gələnlər xoş gəlir, gedənlərə allah rəhmət etsin.

Qeyd edək ki, AYO 2001-ci ildə yaradılan müstəqil yazarlar birliyidir.

Sıralarında 40-a yaxın yazarı birləşdirir. İndiyəcən təşkilat dövlət qeydiyyatı üçün 4 dəfə Ədliyyə Nazirliyinə müraciət etsə də, sənədlərin qaydasında olmadığı əsas gətirilərək ona "yox" cavabı verilib.

Təşkilat bunu "hakimiyyətin bəhanəsi" adlandırır
.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG