Keçid linkləri

Təcili xəbərlər
2022, 28 İyun, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Tehran dialoqa hazır olduğunu deyir


İran yaxın vaxtlarda nüvə proqramı ilə bağlı aparıcı dünya ölkələri ilə dialoqu bərpa etməyə hazırdır.

Bunu İranın xarici işlər naziri Manucöhr Mottaki Tehranda keçirdiyi mətbuat konfransında deyib.

O, danışıqların Türkiyədə keçirilməsi ilə bağlı Ankaraya müraciət olunduğunu da qeyd edib.

Amma Mottaki danışıqların yeri, vaxtı və gündəliyinin hələlik müzakirə olunduğunu vurğulayıb.

BMT-nin təhlükəsizlik şurasının daimi üzvü olan 5 ölkə bundan əvvəl danışıqların noyabrın 15-17-də Vyanada keçirilməsini təklif etmişdilər.
XS
SM
MD
LG