Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 18:20

İtaliya AB-i vətəndaşlarına qarşı qaydaları sərtləşdirir

İtaliya Avropa Birliyi ölkələrindən olan immiqrantlara qarşı qaydaları sərtləşdirir.

Hökumətin qəbul etdiyi qərarda, 90 gündən sonra lazımınca gəliri və yaşayış ünvanı barədə məlumat verməyən şəxslərin ölkədən deportasiya edilməsi nəzərdə tutulur.

Bundan başqa polis indən belə gəlmə küçə fahişələrini ölkədən çıxaracaq.

Bu qərarın ilk növbədə romalara şamil edildiyi ehtimal olunur.

Avropa Birliyinin rəhbərliyi bundan əvvəl Fransanı belə bir addıma görə kəskin tənqid edib.
This item is part of
XS
SM
MD
LG