Gizir Mübariz İbrahimov və zabit Fərid Əhmədovun cəsədləri bu gün Azərbaycan tərəfinə verilib.
Həmçinin bu il iyunun 18-də Tərtər çayından meyiti tapılmış Qavruşa Arustamyanın cəsədi qarşı tərəfə qaytarılıb.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının internet sayında gedən rəsmi məlumatda bildirilir.
Əməliyyat Ağdamın Baş Qərvənd kəndi yaxınlığında, qoşunlarının təmas xəttindəki neytral ərazidə həyata keçirilib.
Prosesdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına həlak olublar.
Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Həştərxanda keçirilən görüşündə əsir və meyitlərin qaytarılması barədə razılaşma əldə olunub.