Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 18:56

2 saylı dairədə nəticələr artıq məlumdur?


Deputatlığa iddialı deyir ki, protokolda məntəqə üzrə 1200 seçicinin 900-ə yaxınının seçkilərdə iştirak etdiyi və hansı namizədə nə qədər səs verildiyi qeyd olunub
“2 saylı Şərur seçki dairəsində artıq qalib müəyyən edilib və protokollar yazılıb”.

Bunu AzadlıqRadiosuna həmin dairədən namizədlərdən biri bildirib. Onun sözlərinə görə, adını siyahıda tapmaq üçün 3 saylı seçki məntəqəsinə gedən bir seçici məntəqə sədrinin otağında gördüyü hazır protokolu gətirib ona verib.

Deputatlığa iddialı deyir ki, protokolda məntəqə üzrə 1200 seçicinin 900-ə yaxınının seçkilərdə iştirak etdiyi və hansı namizədə nə qədər səs verildiyi qeyd olunub. Həmin namizəd deyir:

“10 bülleten etibarsız sayılıb. Qalan 860-dan 660-ı yazılıb mənim YAP-dan olan rəqibim İsa Həbibbəylinin adına. 37 səs mənim, 47 səs namizədliyini geri götürmüş Cavanşir Əliyevin, 126 səs isə Fərəməz İbrahimovun adına yazılıb. Tarix qeyd olunub: 7 noyabr, gecə saat 12-nin yarısında guya bunlar artıq protokolu yazıblar. Bütün məntəqə üzvlərinin adı, soyadı yazılıb. Noyabrın 5-dən İsa Həbibbəylinin qalib gəldiyini artıq təsdiq ediblər. Halbuki, bu protokollar seçkiyə bir gün qalmış məntəqələrə bülletenlərlə birlikdə verilməlidir”.

Həmin namizəd deyir ki, aldığı məlumata görə, əksər məntəqələrdə vəziyyət belədir.

2 saylı Şərur seçki dairəsinin sədri Kamal Ələkbərov isə deyilənləri şantaj, böhtan adlandırır. O bildirir ki, belə bir şey mümkün deyil. Protokollar qanunla müəyyən olunmuş qaydada, səsvermə başa çatdıqdan sonra yazılır. Əgər namizədin belə bir narahatçılığı varsa, dairəyə müraciət etsin.
XS
SM
MD
LG