Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:43

Barak Obama Asiya ölkələrinə səfərə çıxır


ABŞ prezidenti Barak Obama noyabrın 5-dən Asiya ölkələrinə 10 günlük səfərə çıxır.

O, Hindistan, İndoneziya, Cənubi Koreya və Yaponiyada olacaq. Obamanın ilk dayanacağı Hindistanın Mumbai şəhəri olacaq.

Gözlənilir ki, ölkə rəhbərliyi ilə təhlükəsizlik və terrorla mübarizə məsələlərini müzakirə edəcək.

İndoneziyaya başa çəkəndən sonra isə Obama Seulda böyük 20-lik dövlətlərinin görüşündə iştirak edəcək. Yaponiyada isə Asiya-Sakit Okean ölkələrinin iqtisadi əməkdaşlıq sammitinə qatılacaq.
XS
SM
MD
LG