Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Umberto Ekonun yeni romanı çap edildi


Dünya ədəbiyyatının canlı klassiki, “Qızılgülün adı” kimi dünyaca məşhur romanın müəllifi Umberto Ekonun yeni romanı çapdan çıxıb.

“Praqa məzarlığı” adlanan 500 səhifəlik roman Ekonun vətəni İtaliya üçün çox böyük tirajla – 200 min nüsxə çap edilib.

Əsərin süjeti və kitabın üz qabığı ən son anacan məxfi saxlanırdı.

Yazıçının özü isə sürpriz olsun deyə kitab barədə çox müsahibə verməyib.

Yalnız onu deyib ki, romandakı hadisələr 19-cu əsrin sonunda baş verir.

Elə bir dövrdə ki, müəmmalı hadisələr, intriqalarla “zəngindir”.

Əsərin əsas temalarından biri də müasir antisemitizmin meydana gəlməsidir.

Sonradan Hitleri yəhudilərə qarşı soyqırıma "həvəsləndirəcək" və guya dünyada yəhudi-mason sui-qəsdinin mövcudluğunu sübut edən saxta “Sion müdriklərinin protokolları”nın ortaya çıxması da həmin dövrə təsadüf edir.

Əsərin qəhrəmanı olan kapitan Simonini avantürist və fırıldaqçıdır.

Avropa ölkələrinin yarısının kəşfiyyat orqanları üçün casusluq edir.

“Mən çalışmışam ki, ondan dünya ədəbiyyatının ən həyasız və xoşəgəlməz fiqurunu yaradım”.

Yazıçı etiraf edib ki, baş qəhrəmandan başqa romanın bütün surətlərinin real həyatda prototipləri var.

Artıq əsərin bir sıra dünya dillərinə, o cümlədən rus dilinə tərcüməsinə başlanıb.
XS
SM
MD
LG