Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:48

Taksi sürücüsü nədən öldü?..


Nəqliyyat Departamentinin işçiləri ilə mübahisədən sonra vəfat edən taksi sürücüsünün ölümü ilə əlaqədar araşdırma aparılır. Araşdırmanı Nərimanov Rayon Prokurorluğu aparır.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib:

“Sürücünü döyən, vuran olmayıb, ancaq ilkin ehtimallara görə, departamentin işçiləri ilə sürücü arasında mübahisə olub”.

E.Zahidovun bildirdiyinə görə, sürücü ürək xəstəsi olub və əsəb gərginliyindən qəfildən vəfat edib.

Hadisə noyabrın 4-də “Yaşıl bazar”ın qarşısında baş verib. Mətbuatın məlumatına görə, Nəqliyyat Departamentinin işçiləri taksi fəaliyyəti ilə məşğul olan Böyükağa Həsənovun avtomobilinin dövlət nömrə nişanını açmaq istəyib. Bu zaman onlarla 59 yaşlı sürücü arasında mübahisə düşüb. Sürücü qəflətən vəfat edib.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə bildirib ki, hadisə mübahisə zamanı olmayıb. Taksi sürücüsü xidməti maşını ilə hərəkətdə olan Nəqliyyat Departamentinin işçisini saxlatdıraraq dövlət rüsumunu necə və hara ödəmək barədə soruşub, sonra uzaqlaşıb.

Həsənovun sözlərinə görə, departament işçisi yenidən geri qayıdaraq həmin ərazidən keçərkən taksi sürücüsünün yerə yıxıldığını görüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG