Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Serbiya prezidenti xorvatlardan üzr istəyib


Xorvatiyada səfərdə olan Serbiya prezidenti Boris Tadiç Vukovar şəhərinə tarixi səfər edib.

O, şəhərin yaxınlığnda yerləşən Ovçara kəndindəki xatirə kompleksinə əklil qoyub,1991-ci ildə serb birləşmələrinin kəntdə törətdiyi ktləvi qırğına görə üzr istəyib.

19 il əvvəl serb birləşmələri Vukovar şəhərini və bu kəndi ələ keçirərkən yerli hospitalda yatan 260 xorvatı güllələyiblər.

Boris Tadiç həmçinin 20-ə yaxın serbin öldürüldüyü qonşuluqdakı kəndə də baş çəkəcək.

Səfər zamanı onu Xorvatiya prezidenti İvo Yosipoviç müşaiyət edir.
XS
SM
MD
LG