Serbiya prezidenti Boris Tadiç Xorvatiyanın Vukovar şəhərinə tarixi səfər edib.
O, şəhərin yaxınlığnda yerləşən Ovçara kəndindəki xatirə kompleksinə əklil qoyacaq.
19 il əvvəl serb birləşmələri Vukovar şəhərini və bu kəndi ələ keçirərkən yerli hospitalda yatan 260 xorvatı güllələyərək kütləvi basdırıblar.
Boris Tadiç həmçinin 20-ə yaxın serbin öldürüldüyü qonşuluqdakı kəndə də baş çəkəcək.
Səfər zamanı onu Xorvatiya prezidenti İvo Yosipoviç müşaiyət edəcək.
Avropa Birliyinə qoşulmaq istəyən Serbiya ilə Xorvatiya müharibənin yaralarını sağaltmağa çalışırlar.