Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:21

«Cənab prezident, xahiş edirəm, işıqları yandırsınlar»


Erkin Qədirli
Erkin Qədirli
Noyabrın 4-də İctimai Televiziyanın pulsuz efir vaxtından 4 seçki dairəsinin namizədləri istifadə etdi. Daha çox söz döyüşü, müzakirə iki seçki dairəsində diqqət çəkdi.

16 saylı Yasamal seçki dairəsindən namizədliyini müstəqil şəkildə irəli sürən Erkin Qədirli bildirdi ki, hazırda bir sıra deputatlar var ki, onlar eyni zamanda başqa vəzifələri də daşıyır. O, seçiciləri bu təcrübəyə son qoyulmağa səslədi:

“Namizəd kimi müxtəlif dairələrdə gedən deputatlar var, onlar deputat ola-ola eyni zamanda şirkət, bank, universitet rəhbərləridir. Onlar seçilsələr belə sizi təmsil edə bilməyəcəklər. Çünki onlar həll olunmaz mənafelər münaqişəsinin içindədir. Deputat kimi o, Vergilər Nazirliyindən hesabat tələb edə bilər, ancaq şirkət rəhbəri kimi o özü Vergilər Nazirliyinə hesabat verməlidir. Universitet rəhbəri deputat kimi Təhsil Nazirliyindən hesabat tələb edə bilər. Universitet rəhbəri kimi o, özü hesabat verməlidir. Eləcə də bank rəhbərləri. Şəxsiyyətindən asılı olmayaraq belə ziddiyyətli vəzifələri eyni zamanda tutmaqla həmin adamlar hətta seçilmiş olsalar belə sizin təmsilçiniz ola bilməyəcək”.

ÖLKƏ PREZİDENTİNİN “TİTANİK” ƏMƏYİ
Abel Məhərrəmov


Həmin dairədən namizədliyi verilən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə bildirdi ki, xaricdə səfərdə olarkən ondan tez-tez Azərbaycanın inkişaf modelinin mexanizmini soruşurlar:

“Mən həmişə birmənalı cavab verirəm ki, Az xalqı öz ümummilli liderinin siyasi kursu ilə uğurla irəli gedir. Ölkə rəhbəri, möhtərəm prezidentin titanik əməyini yüksək qiymətləndirirlər, ona çox böyük etibar və inamla

Hansı dairədən kim?
yanaşırlar”.

DEBATDA SİÇAN-SİÇOVUL SÖHBƏTİ


Klassik Xalq Cəbhəsi Partiyasının namizədi Nisəxanım Vəliyeva isə Gürcüstan prezidenti Mixail Saakaşvilinin korrupsiya ilə mübarizə sahəsində apardığı islahatlardan ağız dolusu danışdı:

“Şevarnadzenin dövründə Gürcüstanda banditizm, rüşvətxorluq, korrupsiya hökm sürürdü. Saakaşvili hakimiyyətə gələn kimi iki ildə rüşvətin kökünü kəsdi. O, hakimiyyətə gələn kimi “sanepidemstansiya” və “texasmotr” kimi rüşvətxanaları bağlantdırdı. Nə siçan-siçovulun sayı artdı, nə də “avariya”lar çoxaldı”.

N. Vəliyeva Azərbaycanın seldən əziyyət çəkən Pakistana 1 milyon dollar yardım etməsini, Belarusa isə bir telefon zənginin müqabilində 200 milyon dollar pul verməsini də “səhv siyasət” adlandırdı:
Nisəxanım Vəliyeva

“Belarus prezidenti Lukaşenkonun prezidentə bir zəngindən sonra bir gündə 200 milyon dollar yardım göndərildi ki, Belarusun Rusiyaya olan qaz borcu ödənilsin. Halbuki BMT-də Qarabağdan Ermənistan qoşunlarının çıxarılması haqda qətnaməyə Belarus səs verməyib. Bax, budur Azərbaycanın xarici siyasəti”.

7 NOYABR - DÖYÜŞ, YA TƏCRÜBƏ YARIŞI?


Babək Sadıqovun seçiciləri 7 noyabrda döyüşə haraylaması da cavabsız ötüşmədi. Abel Məhərrəmov isə cavabı yubatmadı.

Əvvəldə isə “Qarabağ” blokunun namizədi belə dedi:

Babək Sadıqov: “7 noyabrda sizi döyüşə çağırıram. Fərz edin ki, seçki məntəqələri döyüş meydanıdır, siz əsgərsiniz, şəxsiyyət vəsiqəniz silahınızdır, gəlin səs verin”.

Abel Məhərrəmov: Təəssüf ki, bəzən layiq olmadığı yerə iddialı olan insanlar müxtəlif böhtanlar, şərlər atır. Bunlara inanmaq lazım deyil. Parlament sınaq meydanı deyil, bura təcrübəli insanlar lazımdır”.

HACI AĞACƏFƏR KİMİ TANIDIĞINIZ KİŞİNİN OĞLUYAM


İTV-də 85 saylı Şamaxı seçki dairəsinin qeydə alınan namizədi Vəfalı Fətullayevə də 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə etməsi üçün şərait yaradılmışdı. Özünü təqdim etməyə ehtiyac duymayan namizəd seçicilərə atasını işarə verdi:

“Mən, Çaylı kəndində Hacı Ağacəfər kimi tanıdığınız o kişinin oğluyam - Fətullayev Vəfalı Hacıbaba oğlu. Onun adı sənəddə Hacıbaba olsa da siz onu Hacı Ağacəfər kimi tanıyırsız. Özüm haqda məlumat vermək istəmirəm. Vaxtımı saxlayıram…”.

CƏNAB PREZİDENT, XAHİŞ EDİRƏM İŞIQLARI YANDIRSINLAR
Vəfalı Fətullayev


Çıxışında tez-tez prezidentə müraciət ünvanlayan V. Fətullayev Şamaxı torpaqlarının “haram yemiş, boynu piylənmiş, qarnıyoğun bir sıra məmurlar” tərəfindən satıldığını dedi. Həmçinin işıqların yandırılması üçün prezidentdə kömək istədi:

“Mən cənab prezidntə müraciət etmək istəyirəm. Görüşə çıxmamıışdan əvvəl mənə zəng gəldi. Şamaxıda işıqları söndürüblər. Xahiş edirəm Şamaxıda işıqları yandırsınlar”.

TOTAL SAXTAKARLIĞA HAZIRLIQ GEDİR


58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin namizədi Xanhüseyn Əliyev icra nümayəndələrinin inzibati resurslardan istifadə etdiyindən şikayətləndi:

“Mən saxtakarlığı qəbul edə bilmirəm. 70 min əhalisi olan Hacıqabulla icra strukturları arasında uçurum yaranıb. Bu körpüdür, bu körpü uça bilər. Bu körpünün uçmasının baiskarı bir adamdır – Rafael Hüseynov. Mən hüquqşünasam əsaslarla deyəcəm. Bütün icra strukturları biri imza toplayır, biri plakat yapışdırır. Əgər sənin öz hünərin yoxdur, öz təşviqatını təşkil edə bilmirsənsə seçkiyə niyə gedirsən...Yeni Azərbaycan Partiyası qalıb qıraqda başqa partiyanın namizədini dəstəkləyirlər. Total saxtakarlığa hazırlıq gedir”.

Məhəmməd Peyğəmbərin sözü ilə başlayıb, onun sözü ilə başa çatdıran Rafael Hüseynov isə bildirdi ki, insanları mərhəmətə, insafa çağırdı. “Onda millət də, dövlət də, vətən də güclü olacaq” dedi:

“Mən bu efirdən bu gün və ötən günlərdə Azərbaycan dövlətinin ünvanına yönələn hədyanlara, ayrı-ayrı ləyaqətli şəxsiyyətlərə söylənən iftiralara rədd deyirəm”.
XS
SM
MD
LG