Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:41

ABŞ səfirliyinə hücumun 30 illiyi



İran bu gün İslamçı tələbələrin ABŞ-ın Tehrandakı səfirliyinə hücumun ildönümünü qeyd edir. Minlərlə iranlı ABŞ səfirliyinin vaxtilə yerləşdiyi əraziyə yığışıb. Onların əlində İran bayraqları ilə yanaşı dini lider Ayatullah Ali Xomeynin portretləri də var. İranlılar ABŞ əleyhinə şüarlar deyirlər.

1979-cu ildə İslam İnqilabı nəticəsində ABŞ-ın dəstəklədiyi İran şahı devrilib. Həmin vaxt tələbələr 52 amerikalı diplomatı girov götürmüşdülər. Diplomatlar bir ildən çox girov saxlanıb.

Hökümət devrilən İran şahının onlara verilməsini ABŞ-dan tələb edirmiş. O vaxtdan ABŞ və İran arasında hər hansı diplomatik münasibətlər yoxdur.
XS
SM
MD
LG