Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:33

Milli Parkda intihar


Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Səbail rayon Polis İdarəsindən bildirilib. Hadisə noyabrın 3-ü Dənizkənarı Milli Parkda qeydə alınıb.

Bakı şəhər sakini, 46 yaşlı Güldəstə Qəmbərova özünü dənizə atıb. Mərhumun meyiti sudan çıxarılıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
XS
SM
MD
LG