Keçid linkləri

2026, 21 May, cümə axşamı, Bakı vaxtı 15:45

Qısamüddətli müşahidə missiyası Azərbaycana gəlir

Noyabrın 7-də keçiriləcək parlament seçkisini izləmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qısamüddətli müşahidə missiyası noyabrın 3-də Azərbaycana gəlir.

Qurumdan verilən məlumata görə, həmin missiya məlumatlandırıldıqdan sonra regionlara göndəriləcək.

ATƏT-in iştirakçı ölkələrindən gələn 450 qısamüddətli müşahidəçi seçki günü səsvermə məntəqələrinin açılması, səsvermə prosesi, seçki bülletenlərinin sayılması və o cümlədən səslərin hesablanmasını müşahidə edəcək. /AnsPress/
This item is part of
XS
SM
MD
LG