Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Neftçalada etiraz aksiyası keçirilib


Noyabrın 3-də Neftçala rayonunun prokurorluğu qarşısında Mirqurbanlı kəndinin sakinləri etiraz aksiyası keçirir.

Onlar noyabrın 3-də kənddə AXCP-Müsavat blokunun 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Əflatun Əhmədovun görüşündə Elnur Fərəcovun polis tərəfindən saxlanmasına etiraz edirlər və prokurorluğun məsələni araşdırmasını tələb edirlər.

Hazırda prokurorluğun qarşısında olduqlarını deyən Müsavat partiyasının Neftçala təşkilatının üzvü Tanrıverdi Hüseynov deyir ki, noyabrın 3-də deputatlığa namizəd Əflatun Əhmədovun görüşünə gələnlərin sayı çox olduğu üçün polis müdaxilə edib və qarşıdurma yaranıb.

Qurbanəli kənd sakini Hüseyn Fərəcov isə AzadlıqRadiosuna bildirib ki, polislər onu aparmaq istəyəndə onların qarşısına oğlu çıxıb və polislər də onun oğlu Elnur Fərəcovu polis idarəsinə aparıblar.

Neftçala DSK-nın sədri Ələddin Rzayev deyir ki, görüş icazə verilməyən ərazidə olubmuş. «İcra hakimiyyətinin təşviqat kampaniyası üçün müəyyən elədiyi yerlər var, Mirqurbanlı kəndində isə belə yer nəzərdə tutulmayıb».

Neftçala prokurorluğundan isə AzadlıqRadiosuna bildirdilər ki, kənd sakinləri onlara ərizə verib və məsələ araşdırılacaq.
XS
SM
MD
LG