Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Ermənipərəst Barbara Bokser yenidən Senator seçilib


Ermənipərəst mövqeyi ilə tanınan Barbara Bokser 4-cü dəfə Senator seçilib. Bu barədə CNN xəbər verir.

Kaliforniya ştatından namizədliyini irəli sürən Bokser seçicilərin 50 faizinin səsini toplayıb. Respublikaçı Karli Fiorina isə 44 faizlə ikinci yerdə gəlir.

Hələlik səslərin 99 faizi hesablanıb.

Barbara Bokser ABŞ-ın Azərbaycana səfiri vəzifəsinə namizədliyi irəli sürülən Metyu Brayzanın təsdiqlənməsinə etiraz edənlərdəndir.

Sentyabrın 21-də ABŞ Senatının Xarici Əlaqələr komitəsinin işgüzar iclasında Brayzanın namizədliyi müzakirə olunarkən Senatorlar Barbara Bokser və Robert Menendez onun namizədliyinin əleyhinə səs veriblər, veto hüquqlarından istifadə ediblər.

Səsvermədən öncə Barbara Bokser xüsusi bəyanat verərək, Brayzanın Azərbaycan və Türkiyəyə yaxınlığından narahatlığını ifadə edərək onun səfirliyə düzgün namizəd olmadığını vurğulayıb. O, bildirib ki, Brayza Azərbaycanın Dağlıq Qarabağa qarşı təcavüzünü pisləməkdən boyun qaçırıb.

XS
SM
MD
LG