Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

ABŞ İranı qadınları daşqalaq etməməyə çağırır


Ağ Ev İranın xəyanətdə ittiham etdiyi Səkinə Məhəmməd Aştiyanini qətlə yetirmək niyyətini pisləyib.

Barak Obama administrasiyasının yaydığı bəyanatda İran hökumətindən qətl planlarından imtina etmək və ədalətli məhkəmə prosesinin təmin edilməsi tələb edilir. Rəsmi Rehran hələ ki, məsələyə şərh verməyib.

İki uşaq anası olan 43 yaşlı Aştiyanı bir neçə il əvvəl ərinə xəyanət etmək və onun qətlə yetirilməsində iştirak etmək ittihamı ilə daşqalaqla edama məhkum edilib. Amma uşaqları və vəkilləri bu ittihamın əsassız olduğunu deyərək dünya ictimaiyyətindən yardım istəyiblər.

Aştiyanin taleyi ilə bağlı beynəlxalq kampaniya nəticəsində onun haqqında daşqalaq hökmü ləğv edilsə də edam hökmü hələ qüvvədədir.
XS
SM
MD
LG