Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:46

Respublikaçılar Nümayəndələr Palatasında üstünlüyü ələ alıb


ABŞ-ın Respublikaçılar partiyası Nümayəndələr Palatasına nəzarəti ələ keçirib. Prezident Barak Obamanın Demokratlar partiyası azlıqda qalıb.

Exit-polların nəticələrinə görə, noyabrın 2-də keçirilən seçkilərdə Respublikaçılar 435 yerlik Nümayəndələr Palatasında kifayət qədər yer əldə edib.

CNN televiziyasının proqnozuna görə, Respublikaçılar azı 50 yer çox qazanacaq. Son 4 ildə Konqresin aşağı palatasında Demokratlar üstünlükdə olub.

Buna qədər Demokrat Partiyasının müxalifətdəki Respublikaçılar Partiyasından Senatda 10 yer, Nümayəndələr Palatasında 39 yer üstünlüyü vardı.

Rəy sorğularına görə, Demokratlar Senata seçkilərdə kiçik səs çoxluğu ilə irəlidədir.

Dünənki seçkilərdə Senatın 100 yerindən 37-nə seçkilər keçirilib. Hazırda Birləşmiş Ştatlar Konqresinə aralıq seçkilərin nəticələri hesablanır.
XS
SM
MD
LG