Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:19

Ermənilər Ağdamın adını dəyişdirir


«Rəsmi Bakı Azərbaycanın işğal edilmiş ərazilərində formalaşdırılan qondarma rejimi tanımır və onun qəbul etdiyi bütün qərarları əhəmiyyətsiz hesab edir».

AnsPress-in məlumatına görə bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov, Dağlıq Qarabağ separatçı rejiminin Ağdam rayonunun adının dəyişdirilməsi ilə bağlı «qərarını» şərh edərkən deyib.

Dağlıq Qarabağdakı separatçı rejim Ağdam şəhərinin «Akna» adlandırılmasına dair qondarma qərar çıxarıb. «Akna»nın guya vaxtilə Əsgəran rayonunda məhəllələrdən birinin adı olduğu iddia edilir. Separatçı rejimin məlumatına görə, hazırda Ağdamda 360 nəfər yaşayır. İşğal altındakı şəhərdə su və elektrik enerjisi yoxdur.

Ağdam rayonu 1993-cü il iyulun 23-də işğal edilib.
XS
SM
MD
LG