Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

Gənclər beynəlxalq təşkilatların rəhbərlərinə müraciət edib


Xaricdə yaşayan azərbaycanlı gənclər beynəlxalq təşkilatların rəhbərlərinə seçki müraciəti edib.

Müraciət Avropa Şurasının bas katibi, Avropa Şurası Parlament Assambleyasının prezidenti, ATƏT sədri, NATO Parlament Assambleyasının baş katibi və Avropa Parlamentinin sədrinə ünvanlanıb.

Müraciətdə Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkisinin qeyri-şəffaf, azad olmayan və beynəlxalq normalara cavab verməyən bir seçki şousu olacağı vurğulanır:

«Təbliğat vaxtının azaldılması, real müxalifət namizədlərinin müxtəlif bəhanələrlə qeydə alınmaması və bu mərhələdə yaradılan süni problemlər, təbliğat-təşviqat prosesindəki çətinliklər, namizədlərin mediaya çıxışına qoyulan baryerler 7 noyabr seçkisinin total şəkildə saxtalaşdırılacağından xəbər verir».

20-dən artıq gəncin adından yayılmış müraciətdə belə yazılıb.
XS
SM
MD
LG