Keçid linkləri

2026, 11 İyul, şənbə, Bakı vaxtı 01:08

Bir əsgər intihar edib, biri yaralanıb

Oktyabrın 31-də erməni tərəfinin atəşkəsi pozması nəticəsində milli ordunun əsgəri Fərrux Zeynalov yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, insident bazar günü saat 16.20-də baş verib. Lakin hadisənin baş verdiyi yer açıqlanmır.

Oktyabrın 29-da isə Xocavənd rayonundakı hərbi hissələrdən birində əsgər Rahim Şükürov (1991-ci ildə anadan olub) intihar edib. O, əsgəri xidmətə Xaçmaz rayonundan çağırılmışdı.

Fakt üzrə cinayət işi qaldırılıb. İntiharın səbəbləri araşdırılır.

This item is part of
XS
SM
MD
LG